Qadın Pyotr Poroşenkonu pərt elədi

© Sputnik / Михаил Маркив / Mediabanka keçidUkraynanın prezidenti Pyotr Poroşenko
Ukraynanın prezidenti Pyotr Poroşenko - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident hər kəsə təşəkkürünü bildirib.

BAKI, 15 mart - Sputnik. Ukraynanın prezidenti Pyotr Poroşenko Çerniqovda seçkilərlə görüşü zamanı çətin vəziyyətə düşüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, prezident seçiciləri ilə görüş zamanı onların əllərini sıxaraq görüşüb.

Lakin yaşlı qadınlardan birini öpmək istəyən zaman qadın geri çəkilib və prezidenti onu öpməyə qoymayıb.

Bundan sonra prezident yoluna davam edib və hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri 31 martda keçiriləcək. Prezidentliyə 39 nəfər namizədliyini verib.

Xəbər lenti
0