İrana aid olduğu deyilən raket zavodunun görüntüləri yayılıb

© AFP 2023 / SHAIGAN / FARS NEWS Запуск ракеты во время военных учений в Иране, фото из архива
Запуск ракеты во время военных учений в Иране, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Görüntüləri İsrail mətbuatı yayıb

BAKI, 14 mart — Sputnik. Suriya-Livan sərhədində İrana aid raket zavodunun peyk görüntüləri ortaya çıxıb. 

Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, İsrail mətbuatının yaydığı kəşfiyyat hesabatlarına görə, Suriya-Livan sərhədində İrana aid olduğu təxmin edilən zavodun peyk görüntüləri yayılıb.

© starİrana aid olduğu deyilən raket zavodu
İrana aid olduğu deyilən raket zavodunun görüntüləri yayılıb - Sputnik Azərbaycan
İrana aid olduğu deyilən raket zavodu

Yayımlanan peyk görüntülərinə görə regionda son aylarda fəallığın artdığı qeyd edilib. Rusiyanın raket əleyhinə müdafiə batareyalarının da həmin zavodda olduğu iddia edilib.

"ImageSat International"ın iddiasına görə, tikintinin forması, yeri və ətrafında hərəkətlilik həmin yerin raket zavodu olduğu ehtimalını artırır.

Xəbər lenti
0