Təyyarəni ildırım vurması kameraya düşdü

CC0 / Skeeze / LightningAeroportda ildırım
Aeroportda ildırım - Sputnik Azərbaycan
Abunə olmaq
Təyyarəyə heç bir zərər dəyməsə də, pilot təhlükəsizlik məqsədilə təyyarəni hava limanına qaytarıb.

BAKI, 14 mart — Sputnik. İldırımın təyyarəni vurması hava maşınının salonundan videoya çəkilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Airbus A321 uçuşdan sonra mürəkkəb hava şəraiti ilə üzləşib. Sərnişinlərdən biri təyyarənin salonundan baş verənləri videoya çəkib. Onun çəkdiyi video-çarx Daily Mail nəşrində yerləşdirilib.

Məlumata görə, hadisə Mançestrdən Banjula uçan təyyarədə baş verib. Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra boz şimşək buludlarının arasına düşüb və onu ildırım vurub. Kadrlardan görünür ki, elektrik boşalması təyyarənin qanadında əks olunur.

Təyyarəyə heç bir zərər dəyməsə də, pilot təhlükəsizlik məqsədilə təyyarəni hava limanına qaytarıb. Bütün sərnişinlər başqa təyyarə ilə yola salınıblar.

Xəbər lenti
0