CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Anastasiya Lavrina: "Hərbi münaqişələr ətraf mühitin korlanmasına səbəb olur"

© © Anastasiya Lavrinanın şəxsi arxivindənAnastasiya Lavrina
Anastasiya Lavrina - Sputnik Azərbaycan
Abunə olmaq
"Ətraf mühitə mənfi münasibət ekologiyanı korlayır və milyonlarla insanın, xüsusilə də, qadınlar və uşaqların yaxşı şəraitdə yaşamaq hüququnu pozur"

BAKI, 12 mart - Sputnik. BAMF (Beynəlxalq Avrasiya Mətbuat Fondu) prezidentinin köməkçisi Anastasiya Lavrina BMT İnsan Haqqları Şurasının 40-cı Sessiyasında su çatışmazlığı və ekoloji cinayətlər barədə çıxış edib. Sputnik Azərbaycan Eurasia Diary-yə istinadən çıxışın mətnini oxuculara təqdim edir:

"Hörmətli xanımlar və cənablar, möhtərəm qonaqlar!

Bu gün burada olmaqdan və su qıtlığı və ekoloji cinayət kimi çox həssas və mühüm məsələ barədə danışmağa çox məmnunam.

Bu iki böyük problem heç də həmişə insan fəaliyyətinin sürətli inkişafının nəticəsində yaranmır. Bu gün bir çox hallarda ətraf mühitin korlanması artmaqda olan hərbi münaqişələr nəticəsində baş verir. Ölkələr hər hansı bir ərazi uğrunda mübarizə apararkən, işğalı dəstəkləyərkən ətraf mühiti korlayır və qanunları pozur.  Hərbi böhranlar ətraf mühitə qloballaşma və texniki tərəqqidən daha az ziyan vurmur.

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyi barədə fərman verdi

Ətraf mühitə mənfi münasibət ekologiyanı korlayır və milyonlarla insanın, xüsusilə də, qadınlar və uşaqların yaxşı şəraitdə yaşamaq hüququnu pozur. Su amili çox vacibdir və davamlı inkişaf, stabillik, sülh, sağlam bir mühit, gender bərabərliyi və iqtisadi artıma nail olmağı nəzərdə tutan 2030-cu il  Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsilə birbaşa bağlıdır.

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi təxminən 30 ildir davam edir və dünyanın ən uzun və qanlı münaqişələrindən biridir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsasən, erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. 25 ildən artıqdır ki, bu münaqişə işğal olunmuş ərazilərdə, həmçinin Azərbaycanın cəbhəyanı bölgələrində insanın inkişaf etməsi, iqtisadiyyat, sənaye və kənd təsərrüfatı sahələrində çətinliklərə səbəb olur. Ermənistana qanunsuz olaraq faydalı qazıntılar, qiymətli daşlar aparılır. İşğal olunmuş ərazidə və istifadə olunmayan sahələrdə daimi məskunlaşmanın olmaması gəmiricilərin bura axın etməsi üçün yaxşı bir mühitdir və onlar get-gedə sərhədyanı ərazilərə yaxınlaşır ki, bu da  kənd təsərrüfatının inkişafına təhlükə yaradır. Yaxınlıqda yerləşən kəndlərin davamlı bombardman olunması, işğal olunmuş ərazidə yerləşən Sərsəng su anbarından gələn su təchizatının bloklanması (hansı ki, bir az öncə ekranda izlədiniz) ekoloji fəlakətə gətirib çıxarır və bunun miqyası gündən-günə artmaqdadır. Su çatışmazlığı və daimi bombardman səbəbiylə, hər iki tərəfdə  geniş ərazilər suvarılmır. Bundan əlavə, torpaqda məhsuldar qatın məhvinə də gətirib çıxarır. Bitki örtüyünün olmaması torpağın məhsuldarlığına mənfi təsir göstərir. Həmçinin, gəmiricilərin tez-tez meydana gəlməsi yer qatının deşilməsinə və regional inkişafın iqtisadi səmərəliliyinin azalmasına səbəb olur.

Qeyd etmək lazımdır ki, işğal olunmuş ərazidə meşə sahələrinin məhv edilməsi məqsədilə yanğınların törədilməsi hamımıza məlumdur. Alov ətrafa yayılır, bütün bitki örtüyünü yandırır və ətraf mühitə və təbiətə ciddi ziyan vurur. Bir çox insanların pul qazanmağının əsas yolu torpaq mülkiyyətinə sahib olmaqdır. Məhsulun məhv edilməsi isə insanların ailələrinin gəlir əldə etmək qabiliyyətini və qida ehtiyatını tükəndirir. Bundan əlavə, cəbhə bölgələrinin daim bombardmana məruz qalması açıq sahələrdə kənd təsərrüfatı ilə məşğul olmağı həyat üçün  təhlükəli edir.

Suyun çirkləndirilməsi və ona zəhərli maddələrin qatılması da mütləq qeyd olunmalıdır. İllər boyu Ermənistanın çirkli sularının mütəmadi olaraq bölgənin çaylarına axıdılması çay hövzəsinin ölü bir zonaya çevrilməsinə gətirib çıxarıb.

Здание Министерства экологии и природных ресурсов Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ekologiya düşməni olan sahibkar cəzasını aldı

Bu cür davranışla, Ermənistan təkcə digər dövlətin ərazi bütövlüyü prinsiplərini deyil, eyni zamanda, işğal olunmuş dövlətin daşınar və daşınmaz əmlakının məhv edilməsini qadağan edən bir sıra konvensiya və qətnamələri pozmuş olur. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühitə dair Proqramının tərəfdaşı kimi bu dövlətin mövcud siyasəti BMT-nin ekoloji standartlarına ziddir.

Dünya ictimaiyyətinin bəzi nümayəndələrinin, assosiasiyaların və xüsusi yaradılmış monitorinq qruplarının uzun sürən Dağlıq Qarabağ münaqişəsinin səbəb olduğu ekoloji fəlakətin qarşısının alınması ilə bağlı çağırışlarına baxmayaraq,  erməni icması bütün bu çağırışları gözardı edir. Bundan başqa, mütəxəssislərin işğal olunmuş ərazilərə ziyarət etmələri və artmağa olan ekoloji fəlakətin miqyasını qiymətləndirməyə imkan vermirlər.

Bununla yanaşı, ümumi suların və birgə idarə olunan sərhədyanı su ehtiyatları dialoq, sülh, regional və siyasi sabitlik və iqtisadi artımın təmin olunmasında mühüm birləşdirici faktordur.

Azərbaycan bugün bu problemlə üzləşən yeganə ölkə deyil. Hərbi təcavüz, su qıtlığı və ekoloji problemlərdən əziyyət çəkən bir çox dövlətlər var. Bugün biz gələcək ekoloji cinayətlərin qarşısını almaq üçün səylərimizi birləşdirməli və birgə çalışmalıyıq. Bu sahədə fəaliyyət göstərən beynəlxalq ekspertlərin, beynəlxalq təşkilatların, hüquq-mühafizə orqanlarının, QHT-lərin, vətəndaş cəmiyyəti fəallarının və akademik strukturlardan ibarət güclü bir şəbəkəsi yaradılmalıdır".

Xəbər lenti
0