Bakıda əcaib yol nişanı quraşdırılıb

© Sputnik / Ilya Pitalaev / Mediabanka keçidYol nişanları, arxiv şəkli
Yol nişanları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mais Ağayev: "Məsələ ilə bağlı ölçü götürüləcək"

BAKI, 11 mart — Sputnik. Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ilə akademik M.Mirqasımov küçəsinin kəsişməsində qəribə yol nişanı quraşdırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yol-nəqliyyat eksperti Azər Allahverənov sosial şəbəkədə foto paylaşaraq məlumat verib.

© Facebook / azer.allahveranov.7Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə M.Mirqasımov küçəsinin kəsişməsində quraşdırılmış yol nişanını
Bakıda əcaib yol nişanı quraşdırılıb - Sputnik Azərbaycan
Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə M.Mirqasımov küçəsinin kəsişməsində quraşdırılmış yol nişanını

Fotoda aydın görünür ki, 4.1.4 - Düzünə və sağa hərəkət yol nişanı səhv quraşdırılıb. Məsələyə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev münasibət bildirərək deyib ki, bununla bağlı ölçü götürüləcək.

Xəbər lenti
0