ABŞ-ın yeni səfiri bu axşam Azərbaycana gəlir

© REPORTПосол США в Азербайджане Эрл Литценбергер
Посол США в Азербайджане Эрл Литценбергер - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim ölkələrimiz 25 ildir ki, təhlükəsizlik, enerji, iqtisadi artım və demokratik inkişaf kimi vacib sahələrdə əməkdaşlıq edir"

BAKI, 7 mart — Sputnik. ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger bu gün axşam saatlarında Bakıya gələcək. Sputnik Azərbaycan xəbər verir ki, amerikalı diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq. 

ABŞ bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
SİYASƏT
Yeni səfir Azərbaycanda kimlərlə görüşəcəyini açıqladı

Qeyd edək ki, ötən gün ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Li Litzenberger bildirib ki, ABŞ-ın Azərbaycandakı yeni səfiri olmağımdan şərəf duyur: "Diplomat kimi xidmət göstərdiyim 34 il ərzində Əfqanıstan, Əlcəzair, Belçika, Bolqarıstan, Fransa, Gürcüstan, Qırğızıstan və Serbiyada çalışmışam. İndi isə mən Azərbaycan gəlməyimdən məmnunam".

O qeyd edib ki, ABŞ-la Azərbaycanı güclü əlaqələr bağlayır: "Bizim ölkələrimiz 25 ildir ki, təhlükəsizlik, enerji, iqtisadi artım və demokratik inkişaf kimi vacib sahələrdə əməkdaşlıq edir. Səfir kimi çalışaraq ikitərəfli münasibətlərimizin bütün aspektlərini gücləndirməyə və yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə çalışacağam.

"Bizim ölkələrimizin insanları arasında olan əlaqələr güclüdür. Mən müxtəlif insanlarla görüşərək onların fikirlərini dinləmək niyyətindəyəm. Həyat yoldaşım Merian mənimlə Azərbaycana gələcək və biz sizinlə ünsiyyəti, Azərbaycanın zəngin mədəniyyəti və gözəl təbiəti ilə tanış olmağımızı gözləyirik" - deyə o bildirib.

Səfir Li Litzenbergerin sələfi Robert Sekuta Azərbaycandakı diplomatik missiyasını ötən il mart aylında başa vurmuşdu.

Xəbər lenti
0