06:51 19 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9271
ADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib

Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!

© Sputnik / Nigar Maharram
XƏBƏRLƏR
Qısa URL
15 0 0

Tapşırıqları cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqlərinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil verin

BAKI, 7 mart — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələr açıqlayıb. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib. 

Qeyd edilib ki, şagirdlər imtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)), tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətlərini (xətkeş, pərgar və transportir) gətirməyi unutmamalıdır.

"İmtahana buraxılış vərəqəsi"ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlməməlidir.

İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır.

İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşməlidir.

İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır.

Zal nəzarətçisinin şagirdə verdiyi cavab vərəqlərində və sual kitabçasında yazılmış məlumatların şagirdə aid olduğunu dəqiqləşdirməli, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verilməlidir.

Şagirdə verilmiş cavab vərəqlərinin 1-ci və 2-ci bəndlərini diqqətlə oxumalı və imza ilə təsdiqlənməlidir. 

Sual kitabçasını və cavab vərəqlərini qatlamamalı,əzməməli, orada lazımsız qeydlər etməməlidir.

Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki cavablar nəzərə alınır.

"Sual kitabçası"nda 45 test tapşırığı təqdim olunur: 1-15 nömrəli tapşırıqlar xarici dil, 16-35 nömrəli tapşırıqlar Azərbaycan dili, 36-45 nömrəli tapşırıqlar riyaziyyat fənninə aiddir. Tapşırıqların cavablandırılması üçün 3 saat vaxt ayrılır.

Hər bir fənnə aid tapşırıqların cavabları onun üçün ayrılmış hissədə qeyd olunmalı və yazılmalıdır.

"Cavab vərəqləri" 2 hissədən ibarətdir:

- I hissə– qapalı tipli tapşırıqlar üçün;

- II hissə –ətraflı şəkildə yazılı cavablandırılması tələb olunan tapşırıqlar üçün.

Birinci hissə xarici dili fənnindən 1-4 və 7-11, Azərbaycan dili fənnindən 16-20 və 26-30 nömrəli tapşırıqların cavablandırılması üçün nəzərdə tutulub.

İkinci hissə xarici dili fənnindən 5-6 və 12-15, Azərbaycan dili fənnindən 21-25 və 31-35, riyaziyyat fənnindən 36-45 nömrəli tapşırıqların cavablandırılması üçün nəzərdə tutulub.

İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcək.

Səhv cavabların nəticələri düz cavablara təsir etmir.

1-4, 7-11, 16-20, 26-30 nömrəli tapşırıqlar qapalı tipli tapşırıqlardır. Bu tapşırıqlarda 5 cavab variantından yalnız biri doğrudur. Doğru bildiyiniz variantı seçib "Cavab vərəqləri"nin I hissəsində həmin sualın nömrəsinə uyğun sətirdə müvafiq dairəni qaralayın. İki və daha artıq dairə qaralanarsa, cavab səhv hesab edilir.

5-6, 12-15, 21-25, 31-35, 36-45 nömrəli tapşırıqlar ətraflı şəkildə yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqlardır. Bu tapşırıqların həllərini və cavablarını "Cavab vərəqləri"nin II hissəsində həmin tapşırıqların cavablandırılması üçün ayrılmış hissədə səliqəli və oxunaqlı xətlə yazılmalıdır.

Dinləmə mətni üzrə təqdim olunmuş 1-6 nömrəli tapşırıqları cavablandırmazdan əvvəl nəzarətçinin audioqurğuda səsləndirdiyi mətni diqqətlə dinlənilməlidir. 

Dinləmə mətni üzrə tapşırıqların yerinə yetirilməsi aşağıdakı mərhələlərdə aparılır:

- Dinləmə mətni üzrə verilən tapşırıqlarla tanışlıq – 2 dəqiqə;

- Dinləmə mətninin ilk dəfə səsləndirilməsi;

- Dinləmə mətninin ilk dəfə səsləndirilməsindən sonra tapşırıqlara bir daha baxılması – 2 dəqiqə;

- Dinləmə mətninin ikinci dəfə səsləndirilməsi;

- Dinləmə mətni üzrə verilən tapşırıqların yerinə yetirilməsi.

Nəzərə alın ki, dinləmə mətni imtahan zamanı yalnız iki dəfə səsləndiriləcək;

Riyaziyyat fənni üzrə hər bir tapşırığı cavablandırarkən onun həllinin bütün mərhələlərini (izah etməklə və istifadə edilən xassələri, teoremləri, aksiomları göstərməklə) qeyd etmək lazımdır. Nəzərə alın ki, həlliyazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda da "0" (sıfır) balla qiymətləndiriləcək.

43-45 saylı tapşırıqlar situasiyaya aiddir. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və orada verilmiş məlumatlardan istifadə edərək həmin tapşırıqları cavablandırın. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər.

Hər bir tapşırığın cavabını (və ya tapşırıqla bağlı fikirlərinizi, tapşırığın həllini) cavab vərəqində həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun hissədə qeyd edin və ya yazın.

Tapşırıqları cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqlərinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil verin.

Əlaqədar

Dövlət İmtahan Mərkəzi sənəd qəbulu elan edir
Dövlət İmtahan Mərkəzi xəbərdarlıq edir
DİM imtahan binasına girənləri yeni texnologiya ilə yoxlayacaq
Dövlət İmtahan Mərkəzi tələbə qəbulu elan edir
Teqlər:
DİM, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası, imtahan

Əsas mövzular