İlham Əliyev Şamaxıya səfər edib

© AFP 2023 / STEPHANE DE SAKUTINİlham Əliyev və Mehriban Əliyeva
İlham Əliyev və Mehriban Əliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyev mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar

BAKI, 7 mart - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonuna səfərə gediblər.

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərinin mərkəzindəki Heydər Əliyev mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı yeni binanın təməlini qoyub.

Sonra inşaatçılarla xatirə şəkli çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşüb söhbət ediblər.

Xəbər lenti
0