Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin və Dmitri Medvedev Ermənistana səfər edəcək

© Sputnik / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan
Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Bir həftə əvvəl Rusiya prezidenti ilə baş tutan telefon danışığı zamanı səfərlərin həyata keçirilməsi vaxtları müzakirə olunub

BAKI, 7 mart — Sputnik. İl ərzində Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyevlə görüşlər baş tutacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Federasiyası rəhbərliyi ilə görüşlərin planlaşdırılmasına dair sualı cavablandırarkən bildirib.

"Bu il biz bir neçə dəfə görüşəcəyik – Məsələn Avrasiya İqtisadi Birliyinin sammiti çərçivəsində. Bundan əlavə mən ümid edirəm ki, bu il Vladimir Vladimiroviçin Yerevana, mənim isə Moskvaya rəsmi səfərim baş tutacaq", - deyən Paşinyan hazırda səfərilərin həyata keçirilməsinin müzakirə olunduğunu bildirib.

Onun sözlərinə görə, bir həftə əvvəl Rusiya prezidenti ilə baş tutan telefon danışığı zamanı səfərlərin həyata keçirilməsi vaxtları müzakirə olunub: "Mən telefonla Rusiya prezidenti ilə danışmışam. Telefon danışığı zamanı bu məsələni müzakirə etdik. Bundan əlavə baş nazir Dmitri Medvedevin də Yerevana səfəri gözlənilir. Aprelin 29-u Yerevanda Avrasiya İqtisadi Şurasının hökumətlərarası Komissiyasının Şurasının iclası keçiriləcək və Dmitri Medvedev də daxil olmaqla bütün baş nazirlər Yerevana gələcək".

Xəbər lenti
0