03:10 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9162
Əli qandallanmış adam, arxiv şəkli

Ana və qızını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

© Sputnik / Anar Mustafayev
XƏBƏRLƏR
Qısa URL
58 0 0

Martın 5-də R.Cavadova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib

BAKI, 6 mart — Sputnik. Martın 3-də Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisində yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə müşayiət olunan və iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə məlumatına istinadla xəbər verir ki, fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaqla Cavadov Rəşad Rəhim oğlunun idarə etdiyi "Hyundaı Accent" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı - 2014-cü il təvəllüdlü Ayşən İsgəndərlini vuraraq ölümlərinə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Martın 5-də R.Cavadova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Əlaqədar

Ucar istiqamətində 10 km dəmir yolu yenilənir
Ağır qəza Ucar sakininin ölümü ilə nəticələndi
Ucarda kütləvi intiharın qarşısı alındı
Ucarda ağır faciə: Ana və qız maşın altında qalıb öldülər
Teqlər:
Ucar, şübhəli şəxs, ölüm, qəza

Əsas mövzular