19:30 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
İqtisadi şaxələndirmə-özəl sektorun rolu üzrə yüsək forum işinə başlayıb

Dünya Bankı: Neftin qiyməti sabitləşəcək

© Sputnik / NIgar Maharram
XƏBƏRLƏR
Qısa URL
156 0 0

Dünya Bankının nümayəndəsi Azərbaycanı orta və yüksək riskli ölkə kimi qiymətləndirib

BAKI, 6 mart - Sputnik. “Azərbaycan 90-cı illər və bundan sonrakı illərdə baş verən şoklardan çıxa bilib. Bundan başqa, Azərbaycan Dünya Bankının təqdim etdiyi fürsətlərdən bəhrələnib. Bu gün Azərbaycanda adambaşına ümumdaxili məhsuldan əldə edilən gəlir 4.84 dollar təşkil edir”.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Dünya Bankının aparıcı iqtisadçısı Volqfan Fenqler Bakıda keçirilən "İqtisadiyyatın Şaxələndirilməsi - Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum”da səsləndirib. 

İqtisadçı bütün dünyada orta təbəqənin sayının artmasına diqqət çəkib: “2025-ci ilədək orta təbəqənin sayının 1 milyard artması proqnozlaşdırılır. Saniyədə hər regionda orta təbəqə üzrə 5 nəfər say artır. Bu isə orta hesabla hər regionda 150 milyon nəfərin artması deməkdir”.

V.Fenqler bütün dünyada günəş enerjisinin maya dəyərinin azaldılmasına diqqət çəkib. Qeyd edib ki, bu və buna bənzər səbəblərə görə artıq dünyada neftin qiyməti sabitləşəcək.

“Bundan başqa, sürücüsüz avtomobillərin olması, yəni daha az vəsaitin xərclənməsi və elektrikli enerjinin təmin olunması getdikcə neftdən asılılığı sona çatdıracaq. Əsas məqsədimiz müxtəlif ölkələr, o cümlədən Azərbaycanda da neftdən asılılığı azaltmaq, tədricən sonlandırmaqdır' - deyə o əlavə edib.

V.Fenqlerin sözlərinə görə, bu gün kimyəvi məhsul bazarı xam neft bazarından daha böyük çəkiyə malikdir: “Son illərdə Azərbaycanda da neftdən asılılıq azaldılıb, o cümlədən kimyəvi məhsul bazarına maraq artıb. Bu istiqamətdə istehsalda da fərq özünü göstərməkdədir”.

Dünya Bankının nümayəndəsi Azərbaycanı orta və yüksək riskli ölkə kimi qiymətləndirib.

Əlaqədar

Milyonlar gətirən iqtisadiyyat sahəsi ilə bağlı vacib qərar
Gizli iqtisadiyyat və "qara mühasibatlıq" aradan qalxacaq
Azərbaycan iqtisadiyyatının artım həcmi açıqlanıb
Teqlər:
iqtisadiyyat, Dünya Bankı

Əsas mövzular