Test imtahanında müvəffəqiyyət əldə edən namizədlərin nəzərinə!

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Müraciət edən şəxslər sertifikatı götürmək üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər

BAKI, 5 mart — Sputnik. Dövlət qulluğuna qəbul üçün 27 yanvar 2019-cu il tarixində keçirilən test imtahanında müvəffəqiyyət əldə edən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 27 yanvar 2019-cu il tarixində keçirilən test imtahanından müvəffəqiyyət əldə edən namizədlər müvafiq sertifikatı almaq üçün Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, K.Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasına müraciət edə bilər.

Müraciət edən şəxslər sertifikatı götürmək üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Xəbər lenti
0