Sürüşmə zonasında son durum

© Sputnik / Irade JELILЗона оползней на Баилово
Зона оползней на Баилово - Sputnik Azərbaycan
Abunə olmaq
"Ərazidəki vəziyyət dövlət qurumlarının nəzarətindədir, məsələyə Nazirlər Kabinetində baxılır"

BAKI, 4 mart — Sputnik. "Son günlərdə Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı bir sıra elektron və yazılı KİV-lərdə müxtəlif yazılar verilir, sakinlərin, yerli qurumların, xüsusən də burada öz maraqları olan bəzi insanların mülahizələri, məsələnin həlli yolları barədə təklifləri verilir".

Bayıl ərazisində yeni hündürmərtəbəli binaların tikintisi - Sputnik Azərbaycan
Bayıl növbəti təhlükə ilə üz-üzə

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısınin 2 saylı ərazi nümayəndəliyinin rəhbəri Mübariz Güləhmədov məlumat verib. Onun sözlərinə görə, Bayıl yamacında ötən il fevral ayında baş vermiş məlum sürüşmə hadisəsindən sonra dövlət qurumları tərəfindən burada müvafiq tədbirlər həyata keçirilib.

"İlk növbədə yarasız hala düşmüş 6 evin sahiblərinə müvafiq kompensasiya, təhlükə zonasındakı 98 evin sahiblərinə 11 aylıq kirayə haqları ödənilib. Ssürüşmə zonasında yerli və xarıcı mütəxəssislərin iştirakı ilə araşdırmalar aparılıb və hazırda bu işlər davam etdirilir" - nümayəndəlik rəhbəri diqqətə çatdırıb.

"Bu ərazidə ötən əsrin 70-90-cı illərində tikilən fərdi yaşayış evlərinin, demək olar ki, böyük əksəriyyəti sənədsiz, qeyri-qanuni tikililərdir. Sakinlərin tikililərə dair heç bir mülkiyyət sənədi və ünvana qeydiyyatları yoxdur. Sonradan, 90-cı illərdə isə burada 27 məcburi köçkün ailəsi məskunlaşıb" - RİH təmsilçisi vurğulayıb.

Güləhmədov qeyd edib ki, bu ərazidəki vəziyyət dövlət qurumlarının nəzarətindədir, məsələyə Nazirlər Kabinetində baxılır: "Nazirlər Kabinetinin çıxaracağı qərara uyğun olaraq icra strukturları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək".

"Sürüşmə zonasında yaşayanlar üçün kömpensasiyaların ödənilməsi və ya digər tədbirlərin görüləcəyi ilə bağlı məsələlər barədə mülahizə yürütmək düzgün deyil. Çox vaxt bəzi maraqlı tərəflər bilərəkdən burada narazılıq yaratmağa çalışır, öz problemlərini qabardır, kompensasiyaların məbləğınin daha da çox verilməsi və digər əlavə haqsız tələblər irəli sürürlər. Bununla bağlı deyə bilərəm ki, məsələnin hansı şəkildə həll olunacağı Nazirlər Kabinetinin qərarından sonra müəyyən ediləcək" - deyə o vurğulayıb.

Xəbər lenti
0