21:30 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Ремонтные работы на дороге, фото из архива

Bakının əsas girişi bağlandı

© Sputnik / Nikolay Khizhnyak
XƏBƏRLƏR
Qısa URL
190 0 0

Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq

BAKI, 4 mart — Sputnik. Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunub.

Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Əlaqədar

Yol polisindən ciddi xəbərdarlıq gəldi
Dövlət Yol Polisi xəbərdarlıq edir
Paytaxtda yeni yol nişanları quraşdırılır
Teqlər:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, bağlı, Bibiheybət yolu, yol, Bakı

Əsas mövzular