SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın da iştirakı ilə mühüm toplantı gözlənilir

© AFP 2023 / ANDREI PUNGOVSCHIRumıniya bayrağı
Rumıniya bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Dördtərəfli görüşdə Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunacaq

BAKI, 4 mart - Sputnik. Bu gün Buxarest şəhərində Azərbaycan, Gürcüstan, Rumıniya, və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Sputnik Azərbaycan “Report”-a istinadən xəbər verir ki, Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov da toplantıda iştirak edəcək. 

Dördtərəfli görüşdə Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunacaq.

Tərəflər arasında birgə bəyannamənin imzalanacağı gözlənilir. Sənəddə bölgədə yeni nəqliyyat dəhlizlərinin inkişafı üçün dörd ölkənin siyasi iradəsi öz əksini tapacaq.

Xəbər lenti
0