11:02 13 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8725
Qəbiristanlıq, arxiv şəkli

Məşhur “qanuni oğru” narkotikdən öldü

CC0 / Johana Peña / Memory
XƏBƏRLƏR
Qısa URL
82 0 0

Cemonun oğru dünyasında aktivliyinin pik həddi 2011-2012-ci illərə təsadüf edib

BAKI, 2 mart — Sputnik. Kriminal aləmdə Cemo Tbilisskiy kimi tanınan 43 yaşlı keçmiş “qanuni oğru” Cemal Mikeladze İtaliyada dünyasını dəyişib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu ilin yanvarında Cemonun böyük qardaşı Mamuka da Moskvada dünyasını dəyişmişdi.

Cemo Mikeladze tbilisili “qanuni oğru” Arsen və ya böyük Cemal Mikeladzenin kiçik oğludur. Atasının adı sayəsində, Mikeladze qardaşları bütün müddət ərzində Moskva “oğrularının” elitasına aid olublar və yaşlı nəsil Tbilisi “qanuni oğrularından” sabit dəstək alıblar.

Amma zaman keçdikcə, Cemo vaxtilə ona dəstək verənlər üçün "gecə kabusuna" dönüb. Cemonun oğru dünyasında aktivliyinin pik həddi 2011-2012-ci illərə təsadüf edib. Həmin dövrlərdə o Gela, Badri, Rövşən Lənkəranski  kimi “oğrularla” eyni sırada idi.

Qanuni oğrular: Omari Şarikadze (Omar Tbilisskiy), Vladimir Ovanesyan (Vova Tbilisskiy), Tomaz Okropiridze (Tomik) və Cemal Mikeladze (Cemo)
Qanuni oğrular (soldan sağa): Omari Şarikadze (Omar Tbilisskiy), Vladimir Ovanesyan (Vova Tbilisskiy), Tomaz Okropiridze (Tomik) və Cemal Mikeladze (Cemo)

Məlumata görə, o ölümcül həddə kokain dozasından dünyasını dəyişib.

Əsas mövzular