19:33 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Umayra Tağıyeva

Mart ayında hava necə olacaq - Umayra Tağıyevadan açıqlama

© REPORT
XƏBƏRLƏR
Qısa URL
403 0 0

Yağıntılar isə ayrı-ayrı rayonlarda aylıq normanı aşa bilər

BAKI, 1 mart — Sputnik. "Mart ayında hava necə olacaq sualına" əminliklə demək olar ki – dəyişkən! Bu halda biz 100 faiz səhf etmərik. Ümumiyyətlə, mart ayının dəyişkənliyi kimi, stabil hecnə yoxdur. Bu da mülayim enliliklərdə siklon və antisiklonlarin aktivləşməsi ilə bağlıdır. Tez-tez bir-birini əvəz edən siklon və antisiklonlar nəticəsində fərqli meteoroloji şərait yaranır".

Bu fikirləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva səsləndirib. 

Bakıda buludlu hava
© Sputnik / Anar Mustafayev

O bildirib ki, səth örtüyü, relyef, dağ silsilələri, Xəzər dənizi ölkə ərazisinə daxil olan hava kütlələrinin xüsusiyyətlərinin dəyişməsinə, transformasiya olunmasına səbəb olur: "Bu proseslər sinoptiklər üçün ən şıltaq ay olan martda özünü daha qabarıq görtərir. Xoş, güləşli mülayim yaz havası ani olaraq soyuq hava şəraiti ilə əvəz olunur. Bu mart ayı da istisna olmayacaq. Bu ayın səciyyəvi cəhəti şimal və cənub-qərb istiqamətli küləklərinin tez-tez bir-birini əvəz etməsi, onların güclənməsi olacaq. Ümid edirik ki, bu əhalinin bahar əhval-ruhiyyəsinə təsir etməyəcək".

"Havanın temperaturu çox da nəzərə çarpmayan müsbət və mənfi fərqlərlə iqlim norması daxilində tərəddüd edəcək. Səhər evdən çıxanda mülayim hava şəraiti sizi aldatmasın, o gün ərzində kəskin dəyişə bilər. Yağıntılar isə ayrı-ayrı rayonlarda aylıq normanı aşa bilər" - deyə o qeyd edib.

Çoxillik məlumatlara görə, axırıncı onilliklərdə ən isti mart ayı 2002-ci ildə müşahidə edilib, bu zaman orta aylıq temperatur iqlim normasından 3,8 dərəcə yüksək olub. Martda havanın ən yüksək temperaturu isə 2008-ci ildə ayın 26-da 31 dərəcə müşahidə edilib. Bu əsil yay temperaturu olub. 2014-cü ildə martın 29-dan 30-a olan tarixdə isə havanın temperaturu kəskin dəyişmiş, 13-18 dərəcə enib və Bakıda cəmi 0,9 dərəcə olub. Belə surprizlər mart ayı üçün nadir hadisə deyil.

Əsas mövzular