14:17 20 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası

Baş nazir daha bir qərara imza atıb

© Photo: Nazirlər Kabinetinin mətbuat xidməti
XƏBƏRLƏR
Qısa URL
210 0 0

Eyni zamanda "Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı" təsdiq edilib

BAKI, 1 mart — Sputnik. "az" ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları"nın və "Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı"nın təsdiq edilməsi barədə "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 900-VQD nömrəli Qanununun tətbiqi və "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında"Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1754 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti (NK) qərar verib.

Sputnik Azərbaycan NK-ya istinadla xəbər verir ki, qərar baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Qərara əsasən, "az" ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydalarının təsdiq edilməsi nəzərdə tutulub.

Eyni zamanda "Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı" təsdiq edilib.

Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əlaqədar

Bakı bulvarı ilə bağlı mühüm qərar verildi
Daha bir vacib yolla bağlı qərar verildi
Prezident vətəndaşların kredit borcları barədə möhtəşəm qərar verdi
Teqlər:
Nazirlər Kabineti

Əsas mövzular