Səhiyyə Nazirliyində yeni təyinat

© REPORTSəhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Nadir Zeynalova vəzifə verildi

BAKI, 28 fevral — Sputnik. Səhiyyə naziri Oqtay Şirəliyev yeni aparat rəhbəri təyin edib. Səhiyyə Nazilriyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Oqtay Şirəliyevin müvafiq əmri ilə Nadir Zeynalov Səhiyyə Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nadir Azər oğlu Zeynalov 1976-cı ildə Bakıda anadan olub. Bunadək isə o, Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə gün öncə Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva işindən ayrılıb. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində aparat rəhbəri təyin edilib.

Xəbər lenti
0