Yeddi dil bilən kimyagər qadın saxlanılıb

© Sputnik / Anar MustafayevƏlləri qandallanmış xanım, arxiv şəkli
Əlləri qandallanmış xanım, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın bağlamanı aldıqdan sonra polislər ona yaxınlaşıb və polis idarəsinə gətirib.

BAKI, 28 fevral — Sputnik. Adana narkotik qrupları həm ABŞ, həm də Türkiyə vətəndaşı olan, 7 dil bilən kimyagər qadını saxlayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, qadın ABŞ-dan kargoya verilərək Türkiyəyə göndərilən narkotiki idman zalında kargo işçisindən aldığı zaman həbs edilib. Saxlanılan qadın narkotiki xərçəng müalicəsində istifadə etdiyini deyib.

Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Daxili orqanında narkotik vasitə keçirmək istəyən iranlı saxlanılıb

Məlumata görə, kargo əməkdaşları gələn bağlamanın üzərində ad olmaması və bağlamadan qoxu gəlməsi ilə bağlı polisə müraciət edib.

Hadisə yerinə gələn polis qutuda narkotik olduğunu müəyyən edib. Polis bağlama sahibini müəyyən etmək üçün qeyd edilən ünvana – idman zalına gedib. Bir müddət sonra kargo əməkdaşının yanına idmanla məşğul olan bir qadın yaxınlşaraq bağlamanın ona aid oduğunu deyib.

Qadın bağlamanı aldıqdan sonra polislər ona yaxınlaşıb və polis idarəsinə gətirib. Qadının 37 yaşlı S.G. olduğu, ABŞ-da yaşadığı və şirkətləri olduğu müəyyən edilib.

Qadın kimyagər olduğunu, narkotik vasitənin ABŞ-da özünün aldığını və xərçəngin müalicəsində istifadə edəcəyini deyib.

Adanalı olmayan qadının lüks otellərdə qaldığı və 7 dil bildiyi müəyyən edilib.

Xəbər lenti
0