Metroda yaranmış problemin səbəbi açıqlandı

© Sputnik / Murad OrujovBakı Metropoliteninin Nəriman Nərimanov stansiyası
Bakı Metropoliteninin Nəriman Nərimanov stansiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Yavaş-yavaş qatarların qrafik üzrə fəaliyyəti bərpa olur

BAKI, 26 fevral — Sputnik. Bu gün səhər saatlarından başlayaraq Baki Metropolitenində qatarların gedişində problem yaranıb. Belə ki, qatarlar tuneldə dəqiqələrlə gözləməli olub.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında yaranmış problemin səbəbinə aydınlıq gətirib. 

O bildirib ki, yaranmış problem sərnişin sıxlığı ilə əlaqədardır: "Qatarlarda heç bir problem yoxdur. Sadəcə bu gün sərnişin sıxlığı həddindən artıq çox olduğu üçün belə problemin yaranmasına səbəb olub".

"Yavaş-yavaş qatarların qrafik üzrə fəaliyyəti bərpa olur" - deyə B.Məmmədov əlavə edib.

Xəbər lenti
0