Məşhur müğənninin ailəsi təzminat tələb edir: 100 milyon avro

© pixabay / PexelsМикрофон
Микрофон - Sputnik Azərbaycan
Abunə olmaq
2005-ci ildə Maykl Cekson "azyaşlılar qarşı seksual hərəkətlər" ə görə mühakimə olunmuş, lakin günahsız hesab edilmişdi.

BAKI, 24 fevral — Sputnik. Maykl Ceksonun ailəsi HBO telekanalından 100 milyon avro tələb edir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, müğənninin yaxınları bu məbləği "Neverlandı tərk edərkən" filminə görə tələb edir.

Filmin qəhrəmanları Veyt Robson və Ceyms Seyvçu iddia edir ki, onlar uşaq olanda Cekson onları zorlayıb. Daha əvvəl onların hər ikisi təcavüzü təkzib edirdi. Ancaq müğənninin ölümündən sonra onların hər ikisi öz ifadələrini dəyişmişdi.

Xatırladaq ki, 2005-ci ildə Maykl Cekson "azyaşlılara qarşı seksual hərəkətlər"ə görə mühakimə olunmuş, lakin günahsız hesab edilmişdi.

Telekanal mübahisəli filmi mart ayında yayımlayacağını açıqlayıb.

Xəbər lenti
0