İş axtaranların nəzərinə

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur

BAKI, 20 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə gürcü dilində yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulunu elan edir. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib.

Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyaları:

- gürcü dilində test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi; 

Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident yeni açılan iş yerləri barədə məlumat verdi

- gürcü dilində tərtib olunmuş test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizası;

- test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının gürcü dilinə tərcüməsi.

İxtisas tələbləri və digər şərtlər:

Aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:

- Azərbaycan dili;

- gürcü dili;

- rus dili;

- riyaziyyat;

Yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır;

Microsoft Office proqramlarında işləməyi bacarmalı, Azərbaycan dili, rus dili və riyaziyyat üzrə ixtisaslı mütəxəssislər gürcü dilini mükəmməl bilməlidirlər. İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Maraqlanan şəxslərdən CV formasını dolduraraq 2019-cu il mart ayının 15-dək test@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində "İşə qəbul" yazaraq göndərə bilərlər. 

Xəbər lenti
0