22:43 17 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
İqtisadiyyat naziri Şahin Mustafayev  Avstriyanın “ÖBB Holding  AG” dəmir yolları şirkətinin baş icraçı direktoru Andreas Mattenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycanla Avstriya arasında münasibətlər genişləndirilir

© AR İqtisadiyyat nazirliyinin mətbuat xidməti
XƏBƏRLƏR
Qısa URL
65 0 0

Nəqliyyat-tranzit əməkdaşlığı müzakirə edilib

BAKI, 20 fevral — Sputnik. İqtisadiyyat naziri Şahin Mustafayev Avstriyanın "ÖBB Holding AG" dəmir yolları şirkətinin baş icraçı direktoru Andreas Mattenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Sputnik Azərbaycan-a nazirlikdən daxil olan məlumata görə, nazir Şahin Mustafayev Azərbaycan və Avstriya arasında siyasi, iqtisadi əlaqələrin inkişaf etdiyini, görüşlərin xüsusi əhəmiyyətini qeyd edib. 

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilir
© Official website of President of Azerbaijan Republic

"Ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir, 2018-ci ildə ticarət dövriyyəsi 2 dəfə artıb. Hazırda 50-yə yaxın Avstriya şirkəti Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün potensial mövcuddur" – deyə nazir bildirib.

Ş.Mustafayev Avstriya ilə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı imkanlarını qeyd edib. O nəqliyyat strukturları arasında əlaqələrin genişləndirilməsinin, qarşılıqlı məlumat mübadiləsinin əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır.

Avstriyanın "ÖBB Holding AG" dəmir yolları şirkətinin baş icraçı direktoru Andreas Matte ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini vurğulayıb. O rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə məlumat verərək Azərbaycanla əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun da iştirak etdiyi görüşdə ikitərəfli qarşılıqlı nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi barədə müzakirələr aparılıb.

Əlaqədar

Avstriya polisi "Hitler"i axtarır
Ankara Avstriya səfirini geri çağırdı
Azərbaycan və Avstriya xilasediciləri birgə təlimlər keçirlər
Teqlər:
Almaniya, Azərbaycan, nəqliyyat

Əsas mövzular