ABŞ Suriyanı bölmək, oyuncaq dövlət yaratmaq istəyir

© AP Photo / Hussein MallaAmerika əsgərləri Şimali Suriyada
Amerika əsgərləri Şimali Suriyada - Sputnik Azərbaycan
Abunə olmaq
Onların məqsədi aydındır – Suriyanı bölmək və orada "oyuncaq dövlət” yaratmaq

BAKI, 20 fevral — Sputnik. Birləşmiş Ştatların məqsədi Suriyanı bölmək və Fərat çayının şərqində "oyuncaq dövlət" qurmaqdır. Rəsmi Vaşinqton öz müttəfiqlərinə Suriya hökumətinin nəzarətində olan rayonların bərpa olunmasına qadağan edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada slovakiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüş yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Digər sözlərlə, Birləşmiş Ştatlar da daxil olmaqla dünya birliyinin imzaladığı Suriyanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi hədəfi ABŞ üçün əslində gözləri yayındırmaq üçün yalnız manevr idi. Onların məqsədi aydındır – Suriyanı bölmək və orada "oyuncaq dövlət” yaratmaq.

Xəbər lenti
0