16:39 21 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Nazirlər Kabineti

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun səlahiyyəti artırıldı

© AZƏRTAC
XƏBƏRLƏR
Qısa URL
13 0 0

"Zonadan keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, İdarə onların hərəkətini məhdudlaşdırır və ya qadağan edir"

BAKI, 19 fevral — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə"də dəyişiklik edilib. 

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli qərarı ilə təsdiq edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə"nin 3.3-cü bəndi aşağıdakı redaksiyada verilir:

"3.3. Zonadan keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, İdarə onların hərəkətini məhdudlaşdırır və ya qadağan edir".

Qeyd edək ki, bundan əvvəl "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi zonadan keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaratdığı halda, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldıra bilərdi.

 

Əlaqədar

Nazirlər Kabineti borclular və pul öhdəlikləri barədə qərar verib
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
Nazirlər Kabineti ali təhsillə bağlı nizamnaməni təsdiqləyib
Nazirlər Kabineti Azərbaycanın gələcəyi ilə bağlı taleyüklü məsələni müzakirə etdi
Teqlər:
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, qoruq, qərar, Nazirlər Kabineti

Əsas mövzular