“AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalı nəşrə başlayır

© © AMEA-nın mətbuat xidmətiAMEA Mərkəzi Elmi Kitabxanası (MEK) may ayı ərzində MEK-ə daxil olan yeni sənədlərin təqdimatını keçirdi
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) may ayı ərzində MEK-ə daxil olan yeni sənədlərin təqdimatını keçirdi - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalın hər nömrəsində elmi məqalələrlə yanaşı bir sıra rubrikalara da yazılar qəbul ediləcək

BAKI, 19 fevral - Sputnik. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalı 2019-cu ildə yenidən nəşrə başlayır. Bu barədə Sputnik Azərbaycan-a MEK Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Kitab rəfi, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Kitabxanalar ləğv olundu - RƏSMİ

Məlumatda qeyd olunur ki, Mərkəzi Elmi Kitabxana 20.11.2013-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Mətbu nəşrlərin reyestri”nə (3816) və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilmiş İSSN: 2219-5874 "AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər" jurnalının nəşrini davam etdirir.

Jurnalda çap olunacaq məqalələrin mövzu əhatəsinə dair tələblər bunlardır:

1.Kitabxana-informasiya elmi;
2.Kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst ensiklopedik resurslar, Vikipediya, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.);
3.Tarix, ədəbiyyat, incəsənət, türkologiya, dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr.

Jurnalın hər nömrəsində elmi məqalələrlə yanaşı aşağıdakı rubrikalara da yazılar qəbul edilir:

1.Kitabxana-informasiya sahəsində tarixi hadisələri əks etdirən qısa məlumatlar və qeydlər;
2.Kitabxana-informasiya sahəsində beynəlxalq standartlar;
3.Digər ixtisaslar üçün kitabxana xəbərləri;
4.Sahə üzrə yeni kitablar;
5.Yerli və beynəlxalq tədbirlər təqvimi.  

Mərkəzi Elmi Kitabxanada 31 mart soyqırımına həsr olunan sərgi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərgi təşkil olunub

Məqalələrin təqdimində ardıcıllıq və texniki tələblər:

1.Müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi vəzifəsi, elmi adı, iş yeri;
2.Xülasə - Azərbaycan, ingilis və rus dillərində;
3.Açar sözlər - Azərbaycan, ingilis və rus dillərində;
4.Məqalənin əsas mətni;
5.Ədəbiyyat siyahısı;
6.Ümumi həcm: 1500-4500 söz “Arial” şrifti ilə, “12” ölçüdə, sətirarası interval “1,0”, mətndaxili abzas 1 sm olmaqla təqdim olunmalıdır;
7.Məqalələr 1-ci say üçün 30.04.2019-cu il, 2-ci say üçün 31.07.2019, 3-cü say üçün 31.10.2019 tarixinə qədər bekirleyla@gmail.com, cecilia.hazai@gmail.com və gulshen.memmedoglu@gmail.com;ünvanlarına (hər üçünə) göndərilməlidir;
8.Elektron məktubun mövzusu aşağıdakı kimi göstərilməlidir: 
SCIENTIFIC PAPERS. CLS ANAS və müəllifin adı, soyadı.

Zəruri hallarda əlaqə: gulshen.memmedoglu@gmail.com; qoncacalilova@gmail.com
Telefon: 012 5371982

Xəbər lenti
0