19:33 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Sənədin imzalanması

Prezident Sumqayıta 3 milyon manat ayırdı

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb

BAKI, 18 fevral - Sputnik. Prezident İlham Əliyev “Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Əlaqədar

İlham Əliyev Beyləqana səfər edib
İlham Əliyev britaniyalı elçini qəbul edib
İlham Əliyev yüksək rütbəli məmur barədə sərəncam imzaladı
Teqlər:
Sumqayıt, sərəncam, İlham Əliyev, Prezident

Əsas mövzular