16:37 24 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Azərenerji ASC-nin baş ofisi

"Azərenerji" yüksək gərginlikli ötürmə xətlərini yeniləyir

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
50 0 0

"Cənub" Elektrik Stansiyası ilə "Xırdalan" yarımstansiyası arasında 220 kV-luq ikidövrəli hava xəttinin tikintisi başa çatmaq üzrədir

BAKI, 18 fevral — Sputnik. "Azərenerji" ASC "Reabilitasiya Planı"na uyğun olaraq, istilik, su və kiçik elektrik stansiyaları, yarımstansiyalar o cümlədən enerjinin idarəedilməsi üçün dispetçer idarəetmə mərkəzi ilə yanaşı sistem əhəmiyyətli yüksək gərginlikli ötürmə xətlərində də kompleks yenidənqurma və bərpa işləri həyata keçirir. Bu barədə Sputnik Azərbaycan-a "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva
© Official website of President of Azerbaijan Republic

Məlumata görə, sistem əhəmiyyətli yüksək gərginlikli ötürmə xətlərində aparılan işlərin bir hissəsi başa çatıb, böyük hissəsi davam edir və edəcək.

Yüksək gərginlikli ötürmə xətlərinin 69 faizi istismar müddətini keçdiyindən onların yenilənməsi təhlükəsizlik baxımından olduqca vacibdir. Bu səbəbdən də ötən ilin sentyabr ayında aparılan kadr islahatlarından sonra başlanan sürətli və növbəli iş rejimi nəticəsində yüksək gərginlikli 330 kV-luq 3-cü İmişli, 220 kV-luq ikidövrəli 1-ci və 2-ci Zabrat, 110 kV-luq 2-ci Göyçay, 1-ci və 2-ci Kimyaçılar, 1-ci, 2-ci, 3-cü, 4-cü "Səkkizinci kilometr" və 1-ci "Əhmətli" hava xətlərində aparılan tikinti yenidənqurma işləri yekunlaşıb.

"Cənub" Elektrik Stansiyası ilə "Xırdalan" yarımstansiyası arasında 220 kV-luq ikidövrəli hava xəttinin tikintisi başa çatmaq üzrədir.

Eyni zamanda 220 kV-luq 3-cü, 6-cı Masallı, 110 kV-luq 3-cü "Sabirabad", 1-ci, 2-ci Lənkəran, 3-cü Suraxanı, 2-ci Maştağa, 3-cü Kürdəmir, 3-cü Yevlax, Yalama hava xətlərində və digər istiqamətlərdə də tikinti-quraşdırma işləri yekunlaşmaq mərhələsindədir. Paralel olaraq Azərbaycanla-Gürcüstan arasında çəkilən beynəlxalq miqyaslı 330 kV-luq Ağstafa-Qardabani hava xəttinin ikidövrəli variantda yenidən qurulması layihəsi üzrə işlər sürətlə davam edir.

Əlaqədar

"Azərenerji" güclü külək nəticəsində qəza baş verib-vermədiyinə aydınlıq gətirdi
Mehriban Əliyeva “Azərenerji” işçiləri barədə qəti göstəriş verdi
“Azərenerji”yə külli miqdarda pul ayrıldı
Teqlər:
yüksək gərginlikli elektrik xətti, elektrik xətləri, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti

Əsas mövzular