22:35 15 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Dənizkənarı bulvar

Azərbaycan əhalisinin sayı artıb

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
105 0 0

Ötən il ölkədə 57250 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,8 təşkil edib

BAKI, 18 fevral - Sputnik.  Azərbaycan əhalisinin sayı 83372 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9981457  nəfərə çatıb. Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə əhalisinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayır. 

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 115 nəfər təşkil etmiş və bu göstərici Naxçıvan Muxtar Respublikasında 83, Bakı şəhərində 1064, Lənkəran və  Abşeron iqtisadi rayonlarının hər birində 154, Gəncə-Qazax iqtisadi rayonunda 104, Aran iqtisadi rayonunda 96, Yuxarı Qarabağ iqtisadi rayonunda 93, Quba-Xaçmaz iqtisadi rayonunda 79, Şəki-Zaqatala iqtisadi rayonunda 70, Dağlıq Şirvan iqtisadi rayonunda 52, Kəlbəcər-Laçın iqtisadi rayonunda isə 40 nəfər olub.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2018-ci ildə 138982 nəfər doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib. Körpələrdən 2752-si əkiz, 117-si isə üçəm doğulanlardır. Bu göstərici Dağlıq Şirvan (əhalinin hər min nəfərinə 16,3), Lənkəran, Aran və Quba-Xaçmaz (15,4), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.

Ötən il ölkədə 57250 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,8 təşkil edib.

2018-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3220 nəfər gələn və Azərbaycandan 1580 nəfər gedən qeydə alınmış, ölkə üzrə miqrasiya saldosu müsbət 1640 nəfər təşkil edib.

Əlaqədar

İstanbulda güclü yanğın, əhali ərazidən uzaqlaşır
Kreml üzərində hərbi helikopterlər peyda oldu, əhali təşvişə düşdü - VİDEO
Ailə klanlarının idarə etdiyi qüllələr: Hətta yerli əhali də onların sirrinə vaqif deyil
Azərbaycanda əhali yenidən siyahıya alınacaq
Teqlər:
miqrasiya, ölüm, artım, əhali, Azərbaycan

Əsas mövzular