19:29 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Bakı Nəqliyyat Agentliyi

Paytaxtda yeni yol nişanları quraşdırılır

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
91 0 0

Görülən işlər çərçivəsində 33 məntəqədə çatışmayan yol nişanları quraşdırılıb

BAKI, 18 fevral — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt ərazisində mövcud dəmiryol keçidlərində yol nişanları və nişanlanmadakı çatışmazlıqların aradan qaldırılması işlərinə başlayıb.

BNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, görülən işlər çərçivəsində 33 məntəqədə çatışmayan yol nişanları quraşdırılıb. Növbəti mərhələdə müvafiq nişanlanma işləri də aparılacaq.

BNA qeyd edir ki, məqsəd, avtomobil yolları ilə dəmiryol xətlərinin kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi və qəza riskinin azaldılmasıdır.

Əlaqədar

Yol polisindən sürücülərə həyati əhəmiyyətli çağırış
BNA sürücülərə və piyadalara xəbərdarlıq edir
Yol Polisindən sürücülərə təcili və sərt xəbərdarlıq
BNA sürücülərə xəbərdarlıq edir
Teqlər:
yol nişanları, sürücülər, xəbərdarlıq, Bakı Nəqliyyat Agentliyi, BNA

Əsas mövzular