04:39 21 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
İran, Rusiya və Türkiyənin prezidentləri Həsən Ruhani, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqlar

© Sputnik / Valeriy Melnikov
XƏBƏRLƏR
Qısa URL
Azər RƏŞİDOĞLU
8449 0 0

Yaxın günlərdə Suriyada savaşın davam edəcəyini ehtimal edə bilərik

BAKI, 15 fevral — Sputnik. Fevralın 14-də Soçidə Rusiya, Türkiyə və İran prezidentləri arasında sayca 4-cü sammit baş tutub. Üçtərəfli görüşdən əvvəl Rusiya və Türkiyə prezidentləri heyətlərinin iştirakı ilə görüş keçiriblər.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, üçtərəfli sammit Suriyadakı münaqişənin həlli istiqamətində yeni hərəkətverici güc olacaq. Putin deyib ki, sayca 4-cü toplantı Suriyada vəziyyətin normallaşması prosesinə, həmçinin döyüş cəbhəsində, həm də suriyalılar arasında dialoqun təmin olunması məqsədilə göstərilən cəhdlərdə yeni mərhələ olacaq.

Türkiyə prezidenti Ərdoğan deyib ki, hazırda onlar İdlib probleminin həll olunması üçün çalışır. Prezident deyib ki, PYD/YPG Fəratın şərq sahilindən təmizlənmədikcə, Suriyanın ərazi bütövlüyü təmin oluna bilməz. Ərdoğan deyib ki, Türkiyənin milli təhlükəsizlik narahatlıqlarını aradan qaldıracağı halda, Suriyada "təhlükəsizlik bölgəsi" fikrini rəsmi Ankara da dəstəkləyir. O, bu ideyaya Rusiyanın da müsbət yanaşmasından məmnuniyyət duyduqlarını deyib.

Ərdoğan bəyan edib ki, Ankara Suriya-Türkiyə sərhədində 30 kilometrlik təhlükəsizlik zolağı, İdlibdə atəşkəsin davam etməsi və birgə patrulun aparılmasının tərəfdarıdır. Bu həm də Amerikadan sonra Suriyada təşəbbüsün Rusiya-Türkiyə-İran üçlüyünün əlinə keçməsini göstərir. Təbii ki, bütün tərəflər anlaşa bilsələr. Görünən odur ki, Rusiya Türkiyə ilə anlaşmağa meyllidir.

Vladimir Putin vurğulayıb ki, ən qısa vaxtda Suriya üzrə Konstitusiya komitəsinin işə başlaması olduqca önəmlidir. "Bizim ölkədən olan diplomatlar Suriya tərəfi və BMT-ilə birgə Konstitusiya Komitəsinin heyətinin formalaşdırılması üçün çox ciddi iş görüb. Komitənin ən qısa zamanda öz işinə başlaması olduqca önəmlidir" - deyə Putin qeyd edib. O, həmçinin vurğulayıb ki, milyona yaxın suriyalı qaçqının köməyə ehtiyacı var və ümid edilir ki, BMT və digər təşkilatlar onlara kömək göstərəcəklər: "Hazırda bütün Suriya ərazisində atəşkəs rejiminə əməl olunur və zorakılıq səviyyəsi azalır".

Rusiya lideri xatırladıb ki, Astana və Soçidə artıq Rusiya, İran və Türkiyə nümayəndə heyətləri, Suriyadan olan tərəflər, beynəlxalq müşahidəçilər və BMT nümayəndələri arasında 11 görüş baş tutub: "Bu görüşlər Suriya Ərəb Respublikasında vəziyyətin normallaşdırılması işində inkişafa nail olunmasına yardım edib".

İran prezidenti Ruhani isə öz çıxışanda qeyd edib ki, Birləşmiş Ştatlar İraq və Suriyada terrorçuları dəstəkləməyə davam edir: "Amerikalıların İŞİD terrorçularına kömək etməsi və onların Suriyaya gəlməsi, həmçinin Əfqanıstana göndərilməsinə yardım etməsinə dair etibarlı hesabatlar var". O, həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar qoşunlarının Suriya ərazisində Suriya Ərəb Respublikasının icazəsi olmadan mövcudluğu bu ölkənin suverenliyini kobud şəkildə pozur.

Ruhaninin sözlərinə görə, İran, Rusiya və Türkiyənin ümumi hədəfi Suriyada terrorizmlə mübarizə və gərginliyin azaldılmasıdır.

Rəcəb Tayyib Ərdoğan çıxışında vurğulayıb ki, Türkiyə, İran və Suriya həyata keçirilən təxribatlara baxmayaraq Suriya üzrə Astana prosesinə sadiqdirlər: "Biz Suriyada siyasi prosesin davam etidirilməsi və orada atəşkəsin təmin olunması üçün böyük addım atmışıq. Dialoq vasitəsilə biz bir çox baryerlər aşmışıq".

Onun sözlərinə görə, Türkiyə Suriyadan qaçqınların qəbulu üçün təxminən 35 milyard dollar xərcləyib: "Suriyanın qonşuları kimi biz bu ölkədə sülh üçün əlimizdən gələni etməyi hazırıq. Suriya xalqı bizdən siyasi nizamlanmanın əldə olunması dair xoş xəbəri gözləyir".

Beləliklə, Ərdoğanın istəyi bəllidir - İran, Rusiya və Türkiyə Suriyada əməkdaşlıq edir. Lakin Türkiyə üçün əsas olan məsələ Rusiya və İranın PKK terror təşkilatının Suriyadakı qolu olan YPG və PYD-yə qarı mübarizəsinə dəstək verməsidir. İran əvvəllər Ankaranın tələbinə qarşı çıxsa da, daha sonra dəstək vermək məcburiyyətində qalıb. Türkiyə eyni zamanda Rusiyadan da ciddi dəstək aldı. Türkiyə bu iki dövlətin dəstəyini alaraq Menbiç və İraqdakı Sincar bölgəsindən terror təşkilatlarını təmizləmək istəyir. 

Digər tərəfdən ABŞ Prezidenti Donald Trampın vədi hələ Amerika qoşunlarının Suriyadan çıxmasına zəmanət vermir. Əksinə, qoşunlar oradan çıxmayacaqlarını bəyan ediblər. Hərbi komandanlıq vəzifələrin tam yerinə yetiriləcəyini vurğulayıb. Üç prezidentin görüşünə gəldikdə isə onu vurğulamaq lazımdır ki, terror dəstələri hələ də Suriyanın ərazisinin 5 faizinə nəzarət etməkdə davam edirlər. Ankara, Moskva və Tehran Suriyada qalan terror dəstələri məhv edib, döyüşlərin nöqtəsini qoya bilər. Ancaq bu məsələdə ABŞ ilə üçlüyün mövqeləri haçalanır. Diplomatik məharət baxımından kimin daha təpərli olmasını yaxın gələcək mütləq göstərəcək.

Suriyadakı son proseslərdə Tehran öz maraqlarını müdafiə edir. Əsədin hakimiyyətdən getməsi Tehranın mövqelərinə ağır zərbə anlamına gələ bilər. Bu baxımdan Soçi görüşü önəmlidir. Üç prezidentin görüşünün yaxın zamanda Suriyaya sülh gətirəcəyini düşünmək isə hələ tezdir. ABŞ və bəzi Qərb ölkələri buna çox güclü müqavimət göstərirlər. Lakin Türkiyə-Rusiya-İran əməkdaşlığı sıradan məsələ deyil və üçlüyün mövqeyi mütləq nəzərə alınmalıdır. Soçi görüşündən çıxan nəticə budur ki, Türkiyə İdlibdə genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər. İdlibin nəzarətə alınması Ankara üçün son dərəcə vacib məsələdir. Odur ki, yaxın günlərdə Suriyada savaşın davam edəcəyini ehtimal edə bilərik...

Əlaqədar

Putin-Ərdoğan-Ruhani görüşündən əvvəl Türkiyəyə kritik səfər
Ərdoğan gileyləndi: "ABŞ-bizə güclü təzyiq göstərir"
Putin və Ruhaninin görüşündə problem yaşanıb
Lavrov Putin-Ərdoğan görüşünün əsas mövzusunu açıqladı

Əsas mövzular