Moskvada kütləvi dava düşüb, azərbaycanlı iş adamı yaralanıb

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidАвтомобиль полиции на улице Москвы, фото из архива
Автомобиль полиции на улице Москвы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şahidlərin sözlərinə görə, silahlı dava 70-100 nəfərin arasında olub

BAKI, 15 fevral — Sputnik. Moskvada silahlı kütləvi dava olub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə Moskvanın Peçatniki rayonun Kuryanova ev 28 ünvanında, azərbaycanlılara məxsus "Neolit" kofesində fevralın 14 saat 23:00 radələrində baş verib.

Restorana bir qrup silahlı şəxs daxil olub. Onlar bütün ziyarətçiləri küçəyə çıxmağa məcbur ediblər və orada dava başlayıb.

Şahidlərin sözlərinə görə, silahlı dava 70-100 nəfərin arasında olub. Hadisə zamanı 10 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Restoranın əməkdaşlarının sözlərinə görə, onlar restoranın sahibi Yaşar Əliyevə hücum etmək istəyiblər. Həmin gün restoranda böyük mərasim keçiriləcəyi planlaşdırılırmış.

Hadisə şahidləri onu da bildiriblər ki, bu dava uzun müddətdir davam edirmiş. Atışma zamanı restoran sahibi Yaşar Əliyev kürəyindən yaralanıb. Hücum edən şəxslər onun avtomobilini də atəşə tutublar.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı 20 nəfər saxlanılıb. Hadisə yerinə təcili yardım və hüquq mühafizə orqanları əməkdaşları çağırılıb. Araşdırma davam edir.

Məlumata görə, davanın iştirakçıları restoranın müşahidə kameralarının qeyd etdiyi video-görüntünü də oğurlayıblar.

Hadisədən sonra ərazidə restorana hücum edənlərə məxsus iki avtomobil tapılıb. Onlardan biri taksidir.

Xəbər lenti
0