06:53 19 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9271
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin

Ərdoğan gileyləndi: "ABŞ-bizə güclü təzyiq göstərir"

© Sputnik / Mihail Klimentev
XƏBƏRLƏR
Qısa URL
79 0 0

"Hamıya məlumdur ki, ABŞ rəhbərliyi bu məsələ ilə bağlı bizə güclü təzyiq göstərir"

BAKI, 15 fevral — Sputnik. Birləşmiş Ştatlar "S-400" zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyəyə təzyiq göstərir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən rusiyalı həmkarı Vladimir Putinlə görüşdən əvvəl bildirib.

"S-400-ə gəldikdə. Hamıya məlumdur ki, ABŞ rəhbərliyi bu məsələ ilə bağlı bizə güclü təzyiq göstərir", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti 3.5 milyard dollar dəyərində olan "Patriot" sistemlərinin Türkiyəyə satışına 2018-ci il dekabrın 19-da razılıq verib. Ancaq Türkiyəyə təqdim olunan son təklifdə bir dəyişiklik olmayıb. ABŞ-ın son təklifində S-400-dən imtina ilə bağlı ilkin şərt yer almasa da, bu problem hələ də həll edilməyib.

Ankara, "Patriot" təklifinə hərtərəfli qiymətləndirmədən sonra cavab verəcək. ABŞ qiymətdə güzəştə getsə belə, bu, hər bir halda S-400-dən daha baha başa gələcək. Türkiyə, həmçinin "S-400"dən imtina şərtinə də qəti olaraq qarşı çıxır.

Türkiyənin 2013-ci ildə elan etdiyi tenderdə Vaşinqton "Patriot" üçün 4.5 milyard dollarlıq təklif ilə gəlmiş, tenderdə 3-cu sırada yer almışdı. İlk yerdə isə Çin olmuş və 3.4 milyard dollarlıq təklif irəli sürmüşdü. İkinci yerdə isə Fransa-İtaliyanın birgə təklifi olmuşdu.

Vaşinqton Ankaranın Pekindən müdafiə sistemlərini almasını əngəlləmək üçün ciddi addımlar atmış, Türkiyənin havadan müdafiəsini təmin etməyə dair hər hansı bir alternativ də irəli sürməmişdi. "Patriot" ilə bağlı son təklifə baxdıqda ABŞ-ın 2013-cü ildəki davranışını eynən davam etdirdiyi görünür. Türkiyə isə az qala ABŞ-ın təklifinin üçdə biri nisbətində vəsaitlə Rusiyadan "S-400" alır.

 

Əsas mövzular