01:34 23 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Yerevanda ictimai nəqliyyat

Yerevanda ictimai nəqliyyat hara yoxa çıxıb

© Sputnik / Aram Nersesyan
XƏBƏRLƏR
Qısa URL
90 0 0

"Biz üç saat işləyəcəyik, hələlik hansı qərarın veriləcəyini gözləyək"

BAKI, 14 fevral — Sputnik. Bu gün səhər saatlarında Yerevanda ictimai nəqliyyat iflic vəziyyətə düşüb. Sputnik Ermənistan xəbər verir ki, "Yerevan Avtobusu" QSC-nin sürücüləri xidmət göstərməkdən imtina ediblər.

Məlumata əsasən, sürücülər quruma 7 ildir ki, rəhbərlik edən Elbak Tarpoşyanın işdən çıxarılmamasını istəyirlər.

Aksiyanın başlamasından bir neçə saat sonra sürücülərlə danışıq aparmaq üçün şirkətin direktoru və Yerevan meriyasının Nəqliyyat İdarəsinin sədri Henrix Navasardyan gəlib.

Sonuncu qeyd edib ki, Tarpoşyan 2018-ci ilin dekabrında işdən çıxmaq barədə ərizə yazıb və lakin o hələ təsdiqlənməyib. Navasardyanın sözlərinə görə, müvəqqəti olaraq vəzifəni icra edən direktor təyin olunacaq. Sürücülərin özləri isə bildiriblər ki, meriyanın özü namizədi artıq var və o onlar üçün yolverilməzdir. Nəticədə Elbak Tarpoşyan sürücüləri işləməyə inandıra bilib: "Mənə bir neçə saat verin, söz verirəm, mən öz ərizəmi özüm cıracağam".

Sürücülər isə buna üç saat veriblər: "Biz üç saat işləyəcəyik, hələlik hansı qərarın veriləcəyini gözləyək".

Əsas mövzular