14:44 25 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Bankomat, arxiv foto

Yanacaqdoldurma məntəqəsindəki bankomatı soymaq istədilər

© Sputnik / Anar Mustafayev
XƏBƏRLƏR
Qısa URL
32 0 0

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir

BAKI, 14 fevral — Sputnik. Abşeron Rayon Polis İdarəsinə fevralın 11-də saat 3 radələrində Novxanı qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində quraşdırılmış bankomatdan oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Əlaqədar

Paşinyanın iqamətgahından oğurluq etdilər
Milli Məclis üzvü: "Maddi ehtiyac üzündən oğurluq edənlərə görə cəmiyyət utanmalıdır"
İşlədiyi evdən oğurluq edən qadın saxlanıldı
Balakəndə çox qəribə oğurluq hadisəsi baş verib
Teqlər:
Novxanı qəsəbəsi, yanacaqdoldurma məntəqəsi, yanacaqdoldurma, bankomat, oğurluq hadisəsi, oğurluq

Əsas mövzular