CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mingəçevirdə nadir tapıntı: Kimi dinozavr deyir, kimi mamont

© Sputnik / Ilham MustafayevAllahverdi Əliyevin evində saxladığı nəhəng sümük parçası
Allahverdi Əliyevin evində saxladığı nəhəng sümük parçası - Sputnik Azərbaycan
Abunə olmaq
Ağır çəkili, oval formalı sümük parçasının hansı nəsli kəsilmiş canlıya məxsus olması müəmmalıdır

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Mingəçevir şəhərinin 80 yaşlı sakini Allahverdi Əliyev evində saxladığı nəhəng sümük parçasının dinozavra aid olduğunu iddia edir. O, 15 kiloqrama yaxın çəkisi, fərqli görünüşü olan sümüyün nəsli kəsilmiş canlıya məxsus olduğu qənaətindədir.

© Sputnik / Ilham MustafayevMingəçevir sakini Allahverdi Əliyev
Mingəçevirdə nadir tapıntı: Kimi dinozavr deyir, kimi mamont - Sputnik Azərbaycan
Mingəçevir sakini Allahverdi Əliyev

A.Əliyev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində sümüyün mərhum oğlu tərəfindən Mingəçevir Su Anbarının altında qalan, Samuxun keçmiş Öcək kəndi yaxınlığında tapdığını deyib: "Dədə-baba yurdlarımız su anbarının altda qalıb. Biz də zaman düşdükcə gedib kəndimizi, uzaqdan da olsa, ziyarət edirik".

"Oğlum bir gün orda bir çobanla rastlaşır, söhbət əsnasında çoban yaxınlıqda böyük heyvan sümüklərinin qalıqlarının olduğunu deyir. Oğlum da bu hissəsini götürüb evə gətirir" - həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, tapılan sümüklə bağlı hər kəs fərqli fikir söyləyir: "Kimi dinozavr sümüyü olduğunu, kimi də mamonta aid olduğunu dedi. Oğlum dəqiqləşdirmək üçün Bakıya laboratoriyaya aparmaq istəyirdi, lakin avtomobil qəzasında erkən dünyasını dəyişdi. Mən də bir xatirə kimi saxladım, heç yerə vermədim".

Mingəçevir sakini sümüyün tapıldığı ərazinin də hazırda su altında qaldığını bildirib.

© Sputnik / Ilham MustafayevAllahverdi Əliyevin evində saxladığı nəhəng sümük parçası
Mingəçevirdə nadir tapıntı: Kimi dinozavr deyir, kimi mamont - Sputnik Azərbaycan
Allahverdi Əliyevin evində saxladığı nəhəng sümük parçası

Qeyd edək ki, alimlər dinozavrların, ümumiyyətlə, Qafqaz ərazisində yaşamasını mümkünsüz hesab edirlər. Buna səbəb kimi isə Qafqaz ərazisinin su altında olmasını göstərirlər.

Xəbər lenti
0