Marsa getməyi arzulayanlara bəd xəbər

© AP Photo / Neil ArmstrongAy səthində ilk addımlar
Ay səthində ilk addımlar - Sputnik Azərbaycan
Abunə olmaq
Mars One layihəsində kolonistlər Marsda yaşayacaq və Yerə qayıtmayacaqdı

BAKI, 13 fevral — Sputnik. Marsda "Mars One" adlı daimi koloniya yaratmaq layihəsi ilə məşğul olan Mars One Ventures şirkəti müflis elan edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, İsveçrənin Bazel şəhərinin mülki məhkəməsinin qərarına görə, şirkət 2019-cu ilin yanvarın 15-dən etibarən müflis elan edilib.

Layihənin rəhbərlərindən olan Bas Lansdorpun sözlərinə görə, qarşıya qoyulan məqsəd üçün investitsiya olmamasına baxmayaraq şirkətin kommersiya şöbəsi rəsmi şəkildə fəaliyyətini davam etdirir. Lansdorp ətraflı açıqlama verməsə də problemin həlli üçün yollar axtardığını qeyd edib.

Qeyd edək ki, Mars One iki hissədən - kommersiya məqsədli Mars One Ventures və qeyri-kommersiya məqsədli Mars One Foundation adlı şirkətlərdən ibarətdir.

Mars One layihəsində kolonistlər Marsda yaşayacaq və Yerə qayıtmayacaqdı. İnsanların "qırmızı planet"ə 2027-ci ildə gedəcəyi gözlənilirdi.

Bununla yanaşı bəzi alimlər Mars One layihəsinin texniki cəhətdən mümkünsüzlüyünü iddia edərək, tənqid edir.

Xəbər lenti
0