12:32 16 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Nikola Yurçeviç

Nikola Yurçeviç: "Bilirik ki, çətindir, amma məqsədimiz budur"

© Sputnik / Tarana Khudabakshiyeva
XƏBƏRLƏR
Qısa URL
65 0 0

"Mənim üçün çox vacibdir ki, milli yığmaya çağıracağım futbolçular 90 dəqiqə oyuna fokuslana və sona kimi oynaya bilsinlər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib. Bu posta xorvatiyalı mütəxəssis Nikola Yurçeviç təyin olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün yeni baş məşqçi ilk dəfə media nümayəndələri qarşısına çıxaraq onları maraqlandıran suallara cavab verib. 

- Nikola Yurçebiç komandaya inanırsınız?

- İlk növbədə komandaya inanmayılıq. Bu gün bizim mövqeyimiz yaxşı deyil. Amma çalışmalıyıq ki, vəziyyəti düzəldib, Avropa çempionatında çıxış edək.

- Azərbaycanda hansı klubların oyunlarını izləmisiniz? 

- Keçən həftə sonu "Sumqayıt"- "Qarabağ" və "Neftci"-"Keşlə" oyunlarını izləmişəm. Xorvatiyada olanda isə "Qarabağ"-"Neftçi" oyununa baxmışam. Xüsusilə "Qarabağ" – "Neftçi" oyununu çox bəyənmişəm. Bu klubların oyunçuları yaxşı oyun nümayiş etdirmişdi.

- Millinin oyunlarını necə, bəyənmisiniz?

- Bundan əvvəlki millinin seçim mərhələsinin oyunlarını da izləmişəm. Hətta bəzi oyunlarını bəyənmişəm də. Fikrimcə, komandaya düzgün motivasiya vermək lazımdır. Komanda 90 dəqiqə düzgün oyun aparmaqla qalib gələ biləcək. Qapıçılar haqqında məlumatım var, yaxın həftələrdə də komandaların qapıçılarını izləyəcəm . Mənim üçün çox vacibdir ki, milli yığmaya çağıracağım futbolçular 90 dəqiqə oyuna fokuslana və sona kimi oynaya bilsinlər. Bugünkü futbol bunu tələb edir.

- Milli komandaya dəvət edəcəyiniz oyunçular artıq məlumdur?

- Bəli, 21 martda milli komandamız Xorvatiyaya qarşı ilk oyununu keçirəcək. Bu bizim üçün çox vacib oyundur. Artıq iyirmiyə yaxın futbolçunu nəzərdə saxlamışam. Amma yenə də axtarışdayam. Demək olar ki, yerli futbolçular haqqında bütün məlumatları toplamışam. Azərbaycan Çempionatında oynayanlar və milliyə layiqli futbolçular haqqında məlumatım var. Amma xarici klublarda oynayan futbolçular haqqında çox məlumatım yoxdur, onları öyrənib yekun qərar verəcəyəm.

- Köməkçi məşqçiləriniz xorvatiyalı olacaq, yoxsa yerli məşqçilər cəlb edəcəksiniz?

- Bir köməkçi məşqçim Xorvatiyalı olacaq, digər köməkçi məşqçim və qapıçılar üzrə məşqçim isə yerli məşqçi olacaq. Xorvatiyadan olan iki məşqçilər isə təlim məşq toplanışda və lazım olanda bizə kömək edəcəklər. Xorvatiyalı köməkçi məşqçim isə Mario Tokiç olacaq. Yerli məşqçi barədə isə heç nə deyə bilmərəm. Federasiya rəsmiləri mənə namizədlər verəcəklər. Onları öyrənəndən sonra qərar verəcəyəm.

- Millinin keçmiş baş məşqçisi Robert Prosineçki ilə tanışsınız. O, Azərbaycan haqqında sizə nələri danışıb?

- Bildiyiniz kimi Robert Prosineçki ilə 30 ildən artıqdır ki, tanışam. Ondan və köməkçisindən də Azərbaycan haqqında məlumat almışam. Onlardan ancaq pozitiv sözlər eşitmişəm. Bu gün də onun dediklərinin həqiqət olduğunu görürəm.

- Futbolçuların əksəriyyəti fiziki cəhətdən güclü deyil. Bunu nəzərə alacaqsınız?

- Məlumatım var ki, millinin bəzi oyunçularına 4-5 gün ərzində 2 oyun keçirmək çətindir. Bu haqda oyunçuları tanıyandan sonra qərar verəcəm. Əsas məqsədimiz oyundan-oyuna nəticəni yaxşılaşdırıb, Avropa çempionatında çıxış etməkdir. Avropa çempionatına çıxmaq üçün mübarizə aparacağıq. Bilirik ki, çətindir, amma məqsədimiz budur.

- 21 martda Xorvatiyaya qarşı keçiriləcək oyun üçün təlim-məşq toplanışı harada olacaq?

- Təlim-məşq toplanışı Bakıda olacaq. Amma vaxt dəqiq deyil. Təqvimə baxıb qərar verəcəyəm.

Nikola Yurçeviç
© Sputnik / Tarana Khudabakshiyeva
Nikola Yurçeviç

- Millinin sizdən öncəki baş məşqçisi Qurban Qurbanovu tanıyırsınız?

- Bilirəm ki, Qurban Qurbanov kimdir. Bilirəm ki, o, yaxşı futbolçu olub, bu gün də yaxşı məşqçidir. "Qarabağ" komandasında, "Çempionlar" liqasında yaxşı nəticələr göstərib. Amma şəxsi tanışlığım yoxdur. Yaxın günlərdə Premyer Liqada çıxış edən komandaların məşqçiləri ilə görüşüb, onların da fikirlərini öyrənəcəyəm.

- Müqaviləyə görə nə qədər əmək haqqı alacaqsınız?

- Əmək haqqı ilə bağlı Federasiya rəsmiləri ilə 2-3 dəqiqəlik danışıqlarımız olub. Rəsmi müqavilə bağlanandan sonra məbləğ haqqında məlumat verilə bilər. Hələ konkret məbləğ deyə bilmərəm.

- Ailəniz ilə Bakıda yaşayacaqsınız?

- Həyat yoldaşım ilə Bakıda yaşayacam. Amma qızlarım təhsil aldıqları üçün Bakıya gələ bilməyəcəklər. Qızlarımla ayda bir dəfə görüşə biləcəyik.

- Futbol taktikanız hansıdır və millini hansı taktika ilə oynadacaqsınız?

- Hücuma meylli futbolu bəyənirəm və üstünlük verirəm. Amma rəqibdən asılı olaraq taktika dəyişəcək. Əsas düzgün taktika seçməkdir.

Əlaqədar

Millimiz ilk təlim-məşq toplantısına çıxıb
Millimiz Antalyaya gedir
Millimizin baş məşqçisinin adı bəlli oldu
Teqlər:
təlim-məşq toplanışı, xorvatiyalı, futbolçu, futbol, baş məşqçi, milli

Əsas mövzular