10:04 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası

Baş nazir ali təhsillə bağlı qərar verib

© Photo: Nazirlər Kabinetinin mətbuat xidməti
XƏBƏRLƏR
Qısa URL
243 0 0

Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minəcək

BAKI, 12 fevral — Sputnik. Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib. Sputnik Azərbaycan Nazirlər Kabinetinə (NK) istinadla xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi olan birinci hissə ləğv edilib.

"Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı" adlı sənədin adında da dəyişiklik edilib və burada ixtisaslaşmalar (bakalavriat səviyyəsinə aid olan 1-ci hissə ləğv edilməklə) yalnız magistratura səviyyəsinə aid edilib.

Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minəcək.

Əlaqədar

Nazir Ramil Usubov ölkədə baş verən cinayət hadisələrindən danışıb
Baş nazir: "Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır"
Baş nazir Azərbaycanın görkəmli rejissoru barədə qərara imza atdı
Baş nazir verdiyi qərarı ləğv etdi
Teqlər:
magistratura, bakalavriat, təhsil, qərar, qanun, Novruz Məmmədov, Baş nazir

Əsas mövzular