12:33 16 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
ATƏT-in avtomobiləri təmas xəttində

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

© AR Müdafiə Nazirliyinin mətbuat xidməti
XƏBƏRLƏR
Qısa URL
10 0 0

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər

BAKI, 12 fevral - Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 13-də Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.

Əlaqədar

Monitorinq baş tutub
Qazax rayonu istiqamətində monitorinq gözlənilir
Monitorinq insidentsiz başa çatıb
Cəbhədə növbəti monitorinq keçiriləcək
Teqlər:
Müdafiə Nazirliyi, ATƏT, Ermənistan, Azərbaycan, qoşunların təmas xətti, təmas xətti, cəbhə xətti, monitorinq

Əsas mövzular