23:52 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub

İlham Əliyevdən zəlzələ bölgəsinin sakinlərinə böyük jest

© Official web-site of President of Azerbaijan Republic
XƏBƏRLƏR
Qısa URL
6834 0 0

Prezident zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib

BAKI, 7 fevral — Sputnik. Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat veriblər.

Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib.

Xatırladaq ki, fevralın 5-i gecə saat 23.20 radələrində baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunun yaşayış evlərinə, eləcə də bir sıra qeyri-yaşayış obyektlərinə külli miqdarda ziyan dəyib. Yerli sakinlərin bir çoxu yeraltı təkanların təkrarlanacağından qorxaraq gecəni küçədə keçirib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, zəlzələ nəticəsində Şamaxı rayonunun Şəhriyar qəsəbəsində bir yaşayış evində dağıntı baş verib. İlkin məlumatlara əsasən, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Daha çox dağıntı rayonun Qəleybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb. Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir.

Bundan başqa, baş vermiş zəlzələ nəticəsində həyətyanı sahələrın divarları uçub. Eləcə də evlərin barılarında böyük çatlar və dağıntılar əmələ gəlib.

Zəlzələ zamanı şəhər 2 saylı tam orta məktəbin binası da qəzalı vəziyyətə düşüb. İki korpusdan ibarət olan məktəbin 2-ci korpusunun tavan hissəsi çöküb. Binanın 3-cü və 2-ci mərtəbəsində çatlar yaranıb.

Məktəbin qəzalı vəziyyətə düşən korpusuna şagird və müəllimlərin girişi qadağan edilib. Məktəbin 1-ci korpusu birmərtəbəli olduğundan binaya ziyan dəyməyib.

  • İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub

1 / 9

Həmçinin, Şamaxının bir çox köhnə məktəb binalarında da xırda çatlar əmələ gəlib. Əraziyə aidiyyəti qurumların rəsmiləri baxış keçiriblər.

Əlaqədar

Səhiyyə Nazirliyi: Zəlzələ ilə bağlı xəstəxanada təşviş yaranmayıb
Azərbaycanda zəlzələ davam edir
Şamaxı zəlzələsi Bakıda tikinti qaydalarını yenidən gözdən keçirmək zərurəti yaradıb
İnfarkt keçirən, dili tutulan və nəşəsindən qalmayanlar- Zəlzələ anının şahidləri
Teqlər:
Şamaxı, zəlzələ, İlham Əliyev, prezident

Əsas mövzular