XİN ukraynalı telejurnalistin adını "qara siyahı"dan çıxarıb

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
O, gələcəkdə Azərbaycana səfər etməsi üçün icazə verilməsini də xahiş edib

BAKI, 7 fevral — Sputnik. Ukrayna vətəndaşı, teleaparıcı Nadia Baziv Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.

XİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət etdiyini bildirən N.Baziv gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini müraciətində qeyd edib.

O, gələcəkdə Azərbaycana səfər etməsi üçün icazə verilməsini də xahiş edib.

N.Bazivinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Xəbər lenti
0