03:10 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9162
Gənclər yataqda, arxiv şəkli

Yuxu normal cinsi əlaqə üçün də şərt imiş

CC0 / stokpic / Couple
XƏBƏRLƏR
Qısa URL
4736 0 0

Cinsi həyatı normada saxlamaq üçün normal şəkildə yatmaq lazımdır

BAKI, 5 fevral — Sputnik. Yuxu seks həyatına da təsir edir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki,bədən ehtiyacı olduğu qədər yatmadıqda cinsi performans da zəifləyir.

Aparılan araşdırmalara görə, nizamlı yuxu cinsi performansı artırır.

Seksual həyat üçün əhəmiyyətli olan yuxu insanın psixikasına da təsir edir. Belə ki, insanlar bədənin tələb etdiyi qədər yatmadıqları zaman psixoloji problemlər yaranmağa başlayır.

Cinsi həyatı normada saxlamaq üçün normal şəkildə yatmaq lazımdır.

Mütəxəssislərin fikrincə, bədənin gündəlik yuxu ehtiyacı 7-9 saat saat olsa da, bu fərdə görə dəyişir. Buna görə də, bədəninizi dinləyin və ehtiyacı olan qədər yatmağa çalışın.

Əgər gecələr yata bilmirsinizsə, bədəninizi yatmağa məcbur etməyin. Yatdığınız otaqdan çıxıb, bir az gəzin və sonra yenidən otağınıza qayıdıb yatmağa çalışın. Və ya partnyornuzla sekslə məşğul olun. Seksdən sonra bədəniniz rahatlanacaq və daha tez yuxuya gedəcəksiniz.

Yatma vaxtınıza bir saat qalmış elektron əşyalardan uzaq olun. Telefonunuz otağın ən uzaq yerinə qoyub yatağınıza gedin.

Əsas mövzular