05:58 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
  • Nümayişçi Tequsiqalpada Honduras prezidenti Xuan Orlando Hernandesin əleyinə iğtişaş zamanı Molotov kokteylini tullayır
  • Braziliyanın Vale dağ-mədən şirkətinin Rio de Janeyroda mənzil-qərargahının qarşısında nümayiş zamanı özünü palçığa bulamış qız
  • Çin Yeni ili ərəfəsində Xançjou şəhərində otellərin birində turistlər meyvə və tərəvəzlərlə doldurulmuş isti hovuzda dincəlirlər
  • Müğənni və akrtisa Ledi Qaqa Los Ancelesdə Kinoaktyorlar Akademiyasının mükafatının 25-ci təqdimat mərasiminin qırmızı xalçası üzərində
  • Livanın paytaxtı Beyrutda ət dükanının qarşısındakı pişik
  • Suriyanın dinc əhalisi İŞİD-dən azad olunmuş Hacin şəhərinə qayıdır
  • Madriddə burleks-şonun iştirakçısı Miss Rudi Rubi
  • Qaraçı uşağı Lahorda (Pakistan) əl nasosundan su içir
  • Madrid's Mercedes Benz moda həftəsində ispaniyalı dizayner Andres Sardanın 2019-cü il üçün payız/qış kolleksiyasını nümayiş etdirən model
  • Almaniyada milli şnabler xizəklərində dağdan sürüşmə
  • Minskdə fiqurlu konkisürənlərin Avropa çempionatında rusiyalı Aleksandra Stepanova və İvan Bukinin nümayiş çıxışı
  • Turistlər Moskvada Vladimir Lenin və İosif Stalinin kostyumlarını geyinmiş aktyorlarla şəkil çəkdirirlər
  • Sıçuan əyalətinin Volonq biosfer qoruğunda panda balası yeni ilin rəmzi olan donuz oyuncağı ilə
  • İngiltərənin Vulverhempton şəhərciyində qonaqlar üçün təşkil olunmuş dözümlülük yarışları
  • Miss Tatarıstan 2019 müsabiqəsinin iştirakçıları
  • Serbiyada ənənəvi tumanla qaçış yarışı
  • Turist Çeçen Respublikasının Qalançoj rayonunda dağlıq dərədə dumanın şəklini çəkir
  • Parisdə sarı jiletlər aksiyasının iştirakçısı
  • Havanada güclü qasırğanın törətdiyi fəsadlar
  • Baykal gölünə axan Anqa çayı üzərində Süd yolunun görünməsi
© REUTERS / Jorge Cabrera
Nümayişçi Tequsiqalpada Honduras prezidenti Xuan Orlando Hernandesin əleyinə iğtişaş zamanı "Molotov kokteyli"ni tullayır

Sputnik Azərbaycan ötən həftə dünya agentliklərinin çəkdiyi ən parlaq və emosional fotoları oxuculara təqdim edir.

Ötən həftə Fransanın iri şəhərlərində yenidən "sarı jiletlilər" hərəkatının etiraz aksiyaları bərpa olunub. Hondurasda isə prezident Xuan Orlando Ernandesə qarşı mitinq və tətil kütləvi iğtişaşlara səbəb olub. Prezidentlərə qarşı etiraz aksiyaları digər Latın Amerikası ölkələrinin iri şəhərlərində də davam edib. Məsələn, Venesuelada insanlar küçələrə çıxaraq hazırkı prezident Nikolas Maduronun istefasını tələb ediblər.

Çində isə Yeni ilə hazırlıq gedir. Çin təqvimi ilə yeni il fevralın 5-də gəlir və bu il 4717-ci il - Sarı Torpaq Donuzu olacaq. Kubanın paytaxtı Havanada isə güclü qasırğa baş verib, 1,2 min bina tamamilə yerlə-yeksan olub.

Dünyanın müxtəlif guşələrindən çəkilən şəkilləri toplayaraq ötən həftə planetimizdə nələrin yaşandığına diqqətinizi çəkmək istəyirik. Dünya informasiya agentliklərinin fotomüxbirlərinin yadda qalan hadisələri və emosional məqamları əks etdirən fotolarını Sputnik Azərbaycanın fotoseçməsində sizə təqdim edirik.

Digər fotolentlər

Əsas mövzular