Polislərin videosu Avropa ölkəsini silkələdi - VİDEO

© Instagram / adrienne_koleszarDünyanın ən seksual polis qadını Adrienna Kolesar
Dünyanın ən seksual polis qadını Adrienna Kolesar - Sputnik Azərbaycan
Abunə olmaq
Ortaya çıxan videoya görə, rəhbərlik haqqında istintaq başlanılıb.

BAKI, 4 fevral — Sputnik. Almaniyada qadın polisin seksual videosu ölkəni qarışdırıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 2018-ci ilin yayında Saksoniyada polis akademiyasında çəkilmiş videoda polis məmurları pop musiqi sədaları altında rəqs edir və seksual hərəkətlər edirlər.

Ortaya çıxan videoya görə rəhbərlik haqqında istintaq başlanılıb.

Akademiyada tələbələrin çəkdiyi 2 dəqiqəlik video binanın qarşısında siqaret çəkən bir qadınla başlayır.

Gənc qadın "Salam, buna hazırsınızmı?", - deyə soruşur və daha sonra kamera binanın içinə girərək qadın polislərin soyunma otağına daxil olur.

Çəkilən videonun necə yayıldığı barədə məlumat verilmir. Ancaq video qısa müddət ərzində gündəm olub.

Saksoniya əyalətinin polis şefi Horst Kretzmar bu videoda olan bütün şəxslərlə ünsiyyət quracaqlarını bildirib. Həmçinin əlavə edib ki, hadisə ilə bağlı araşdırma başlanılıb.

Xəbər lenti
0