18:40 24 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9338
Yağışlı hava

Gözlənilən hava şəraitindən xəbərdar olun

© Sputnik / Taleh Mahmudov
XƏBƏRLƏR
Qısa URL
234 0 0

Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək

BAKI, 4 fevral — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 5-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə: Fevralın 5-6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Əlaqədar

Vətəndaşlara təhlükəli hava şəraiti xəbərdarlığı
Həftənin ilk iş gününün hava proqnozu açıqlandı
Teqlər:
hava şəraiti, Abşeron yarımadası, Bakı

Əsas mövzular