Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

Abunə olmaq
Nazirin innovasiyalar üzrə müşaviri və texniki siyasət şöbəsinin müdiri şəxsi karyera planları ilə əlaqədar işdən ayrılıblar

BAKI, 4 fevral — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Firdovsi Fikrətzadə Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri təyin olunub. Bu barədə Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov verib.

Onun sözlərinə görə, İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Aydəm İsmayılov isə "Green Park Azərbaycan" MMC-nin direktoru vəzifəsinə təyin edilib.

Eyni zamanda nazirin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və texniki siyasət şöbəsinin müdiri Vüqar Babayev şəxsi karyera planları ilə əlaqədar işdən ayrılıblar.

Xəbər lenti
0