18:30 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

XİN Nikol Paşinyanın fikirlərinə münasibət bildirib

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
24 0 0

Azərbaycan XİN Nikol Paşinyanın səsləndirdiyi fikirlərə münasibət bildirib

BAKI, 1 fevral - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri çərçivəsində “Azərbaycan tərəfinin güzəştləri, münaqişənin həllinin Dağlıq Qarabağ və Ermənistan xalqları üçün məqbul olması” kimi səsləndirdiyi fikirlərə münasibət bildirib. 

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumatda deyilir: 

"İlk növbədə xatırlamaq istərdik ki, münaqişə nəticəsində məhz Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal olunub və onun bir milyona yaxın əhalisi etnik təmizləməyə məruz qalaraq məcburi köçkünə çevrilib. Münaqişənin həlli ilə bağlı qəbul olunan beynəlxalq qətnamə və sənədlər, ilk növbədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Onu da bildirmək istərdik ki, münaqişənin həlli ilə bağlı qəbul olunan bütün sənədlərdə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərində söhbət “xalq” yox, erməni və azərbaycanlı əsilli iki əhalidən gedir. Yekunda qeyd etmək istərdik ki, Ermənistanın Baş naziri Nikol Paşinyan anlamalıdır ki, münaqişənin həlli Ermənistanın müstəqilliyinə təkan verəcək və ilk növbədə Ermənistan əhalisi üçün böyük iqtisadi imkanlar açacaq, yeni siyasi vəziyyət yaradacaq".

Əsas mövzular