09:00 21 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9284
Azərbaycan Respubikasının gənclər və idman naziri Azad Rəhimov

Nazir gəncləri təbrik etdi

© Photo : Azərbaycan Respubikasının gənclər və idman nazirliyinin mətbuat xidməti
XƏBƏRLƏR
Qısa URL
23 0 0

“Gənclər gələcəyə parlaq baxırlar və Azərbaycanın firavan həyatına inanırlar”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. Bu gün Gənclər və İdman naziri Azad Rəhimovla birlikdə bir qrup gənc Gənclər Günü münasibətilə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. 

Sputnik Azərbaycan xəbər verir ki, nazir Azad Rəhimov ziyarətdən sonra jurnalistlərə açıqlama verib: “Fevralın 2-si Azərbaycan gəncliyinin bayramıdır. Tarixə nəzər salanda xatırlayırıq ki, 1993-cü ilin sentyabr ayında ulu öndərimiz ilk görüşünü məhz gənclərlə keçirib. 1994-cü ildə Gənclər və İdman Nazirliyi təsis olunub. Bu da, demək olar ki, gənclər siyasətinin başlanğıcı idi. Bundan sonra Gənclər siyasəti haqqında qanun qəbul edilib, 3 proqram imzalanıb”.

Gənclər, arxiv şəkli
© Photo : ASAN

Nazir, həmçinin bu gün Prezident İlham Əliyevin Gənclər Gününə həsr olunmuş respublika toplantısında iştirakını və çıxışını da qeyd edib: “Bu gün Azərbaycan Respublikasının lideri, cənab prezident gənclər qarşısında çıxış edib, yüksək prezident mükafatları təqdim edib. Prezident çıxışı zamanı xüsusilə qeyd edib ki, gənclər həqiqətən də Azərbaycanın gələcəyidir. Həmçinin Prezident gənclərə dəstəyini nümayiş etdirib, gənclərlə bağlı ideyalarını bölüşüb”.

“Tədbir iştirakçılarının çıxışlarından sonra biz hiss etdik ki, gənclər də prezidentin ətrafında birləşiblər. Gənclər gələcəyə parlaq baxırlar və Azərbaycanın firavan gələcəyinə inanırlar” – deyə A.Rəhimov vurğulayıb.

Nazir sonda bütün gəncləri Gənclər Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Əlaqədar

Azad Rəhimov ədəbiyyata maraq yaradacaq yeni layihədən danışdı
Azad Rəhimov: “Azərbaycanda gənclər üçün hər şərait yaradılıb”
Azad Rəhimov Fazil Məmmədovla bağlı məsələyə aydınlıq gətirdi
Teqlər:
təbrik, Gənclər Günü, gənclər, Azad Rəhimov

Əsas mövzular